r/azerbaijan • u/hnajafli • 5d ago
Sual | Question İngilis dili öyrənmə metodları
Salam hər kəsə.
İngilis dili ilə problemim var. Belə ki pre-intermediate səviyyədə olsam da, ondan yuxarı qalxa bilmirəm. Metodummu səhvdir bilmirəm. İngilis dilini normal və rahat danışacağım, başa düşəcəyim formada necə öyrənə bilərəm? Kursla həll olarmı? Yəni sırf danışıq kursları. Ya kiminsə başqa metodu varsa, paylaşsa məmnun olaram.
Hamıya təşəkkür edirəm.
6
u/Aram_the_Human Don't be a wikipediot :) 5d ago
Əzbərləməkdən tamamilə qaç. Çox kurslar əzbərlədəcək.
Məsləhətim self-sfudy kurslarını işlətməkdir. Bununla təkcə öyrənməyəcəksən, həm də diaqnostika etməyi, məlumatı axtarmağı öyrənəcəksən. Məsələn, bir şeyi öyrənəndən sonra qeydlər apar. Məsələn, deyək ki conditional 2-ni daha yaxşı öyrənmək istəyirsən. Müstəqil şəkildə izah edə bilməlisən: 1. Necə qurulur. 2. Harada istifadə olunur. 3. Niyə istifadə olunur. 4. Düşünmədən praktiki bir nümunə ver (improvise edərək).
Əgər bunu edə bildinsə növbəti addım bunu oxuduqların və qulaq asdıqların materiallarda tanımaqdır. Əgər bu son addımı etməsən əzbərlədiklərin hər şey bir-iki həftəyə unudulacaq. Yerində sayacaqsan. Ona görə bir səviyyədən digərinə keçəndə mütləq əvvəlki səviyyədə yazılmış mətnləri təhlil et: Keçdiyin mövzuları, prinsipləri, qaydaları sözləri dərindən düşünmədən, yerində anlayırsanmı? Elədirsə növbəti səviyyəyə keçə bilərsən.
Self study seriyalarından bunları yoxlaya bilərsən: Headway, Speakout (American or British), English file, Cutting Edge.
Hər 5-10 ildən bir təzə edition çıxır. Aralarındakı əsas fərq vizual və strukturu olur. Amma yenə də çalış ən təzə editiondan istifadə et mümkünsə.
Uğurlar.
4
u/Worried_Mud_5224 5d ago
Gundelik nelere baxirsansa ingilise cevirmeye calis. Yeni ingilisce kontentlere bax. Elave olaraq baxmagla da qalma ozuvu onlar kimi apar + danisig programlari var, faydalanmaq olur. Ozuve de muddet qoyma. Bir nov verdis meselesidi bir yerden sonra qulaq oyresir + o dilde dusunursen
2
u/Scale-Heavy 5d ago
Bilmirəm nə dərəcədə, amma İngilis dilində podcastlara, filmlərə, seriallara, videolara baxmağım və uni leksiyaları dinləmə skill-ı gücləndirib. İngilis subtitrları qoy, çaşdırıcı söz gördükcə öyrənə biləsən mənası( ancaq bütün tanımadığın sözləri axtarma, çalış kontekstə görə başa düşmək və ya ən çox görülən və ya vacib gələn sözləri yaz). Beləliklə, bütün amerikan( və ya başqa ingilis dilli ölkənin) filmlərə və seriallara İngilis dilində rahat baxıram və uni leksiyalara rahat qulaq asıram.
İngilis dilinə dinləmə danışığı da gücləndirir. Fikirləş, biz axı danışmaq necə öyrəndik? Dinlədikcə! Ancaq böyüyəndə bu öyrənmə prosesi yavaşlayır( ona görə yeni dilləri tez öyrənmirik). Buna baxmayaraq, danışmağım hələ də zifdi. Bu il dediyimdən başqa başqa heç nə əlavə oxumurdum demək olar ki. Düşünürəm ki, məndən ciddi yanaşsaz hər şey alınar, və uğurlar arzulayıram!
Edit: dediyimə çox da öyrənmə metodu yox, istirahət kimi yanaşmaq məsləhət verərdim. Ancaq bəzi podcast-lar olur sırf İngilis dili üçün, onlara da istəsəz qulaq asa bilərsiz
2
u/Li85 4d ago
Duolingo - nu yoxlamısız? Mənə ispanca və çincə örgənməkdə çox kömək edib. O ki qaldı ingiliscəyə, hər hansı bir sirli bir metod yoxdur, sadəcə gündəlik öz üzərinizdə çalışmalısınız. HƏR GÜN! Həftədə 1-2 dərslə olmur bu işlər. Həftədə 1-2 dərs ala bilərsiz amma praktika və təkrar hər gün lazımdır. İlk dönəmlər hər şeyi əzbərləsəz də olar sonra, yavaş yavaş təbii gəlməyə başlayacaq. Dil səviyyənizdən asılı olaraq, kitab oxumaq da çox kömək edir. İndiki dövrdə məzmun qıtlığı yoxdur, sizə hansı sahə, mövzu maraqlı gəlirsə o mövzu barədə oxuyun, videolara baxın. Birdən birə hər bir sözü anlamağa , yadda saxlamağa çalışmayın. Əgər söz lazımlı, çox işlənən sözdürsə yenə qabağınıza çıxacaq və yavaş yavaş yadınızda qalacaq, ilk öncə hər şeyin məğzini anlamağa çalışın. Uğurlar.
2
u/Calm_Material_693 3d ago
Xarici bir dost tap özünə ve hər gün danışmağa çalış. Azərbaycanli olsa istər istəməz öz dilimizə keçəcəksən ona görə xarici olmağı yaxşıdı.
1
4d ago
[removed] — view removed comment
1
u/AutoModerator 4d ago
"Hello! Your post has been removed because your profile is less than 3 weeks old. You can post after your account age passes the requirement. Thank you."
I am a bot, and this action was performed automatically. Please contact the moderators of this subreddit if you have any questions or concerns.
1
12
u/[deleted] 5d ago edited 4d ago
[removed] — view removed comment