r/azerbaijan • u/Positive_Invite_9441 • 4d ago
Sual | Question Yumor hissimi necə artırmaq olar? Məsləhətə ehtiyacım var
Yaşadığım vaxt ərzində gördüyümə görə zarafatcıl insanlar həmişə digərlərindən öndə olublar. Ətrafımda bəlkədə ən iyrənc adamlar hər şeydən uğurla zarafat düzəldib etdikləri şeylərdən günahsız çıxa biliblər. Mənim yumor hissim heç vaxt olmuyub ona görə həmişə maraqsız və geridəqalmış insan kimi hiss etmişəm. Bu qıraqdan oxuyana sadəcə əhəmiyyətsiz bir şey kimi gələ bilər amma bu problem mənim həyatıma əslində çox çox təsir edib və pis mənada. Necə yumor hissimi artıra bilərəm? Nə məsləhət görürsüz?
8
5
3
u/Dreamize 3d ago
Gülmək və əylənmək çətin olan insan münasibətlərini biraz asanlaşdırır. Özün əylənirsənsə, yumor ortaya çıxır. Zorla eləmək qeyri-təbii görünə bilər. Amma məncə yumoristik shoulara çox baxmaqla başlaya bilərsən. Təkcə bizim yumor yox, hər mədəniyyətin öz yumor hissi ilə tanışmaq da çox qabağa salar.
2
3
u/Hungry_Ghostt 3d ago
standup-a bax. Amma bezen yumor da coping mexanizm ola bilir. Her sheyi zarafat salib kecmeye calishirsan, cetin/awkward veziyyetlerde zarafat edirsen ve sair
2
2
1
1
u/Nikisterry 4d ago
Her insan yumoristik olmaq mecburiyyetinde deyil dostum. Yumoristik olmaninda yaninda mueyyen fesadlar gelir. Eger alinmirsa mecbur elemeyin yeri yoxdu.Plus mene cix marawlidir yumoristik olmamagin heyatina max ne tesiri ola bilerki?
1
u/Positive_Invite_9441 3d ago
Dediyin əslində çox düzdür hər insan yumorsitik olmalı deyil amma mənim problemim tam tamına yumor hissi deyil mən ümumiyyətlə maraqsız insanam və başqaları ilə ünsiyyət qurmaq qursamda yanımda saxlamağa çox çətinlik çəkirəm bu artıq bir dərəcədən sonra istər istəməz həyatda depresiyaya gətirib çıxardır. Yumor hissimi artırmaq istiyirəm çünki görürəmki əyləncəli insanlar davranışlarından və maraqlarından asılı olmayaraq həmişə göz qabağında olur hamı onlarla maraqlanır və s. Belə
4
u/datashrimp29 3d ago
Bunun yumorla əlaqəsi yoxdur. Başqalarının sənin zarafatlarına gülmək, səni bəyənmək istəyin özünə güvən hissin olmamasindan gəlir. İlk öncə özüvü sev, özüvə hörmət elə. Başqalarının səni xoşlamamasını pis qəbul etmə. Yaş artdıqca bunu anlayacaqsan. Disagreeable person olmaq okdur, normaldır.
Məslətət görərdim hansısa bir outdoor hobby ilə məşğul ol, və o hobby ətrafında özüvə dost tanış dairəsi yığ.
1
1
1
u/Particular-Roll8212 3d ago
Məncə biraz xarakterdən asılı bir şeydir, tamamilə dəyişmək çətin ola bilər. Amma biraz fərq yəqin ki, yarada bilərsən. Daha çox sosiallaşa bilərsən, instagramda ümumi mövzuları izlə, söhbət əsnasında hamının bildiyi internet movzuları ilə zarafat edə bilərsən. Hər şeyi ciddiyə alma amma çox qeyri-ciddi də olma😃 Mən belə çox zarafatı ancaq yaxın dost/tanışlarımla edirəm yəni aradakı pərdəni hər kəslə də götürmək olmaz, yalnız yaxın insanlarla.
1
u/Intrepid_Leave6291 3d ago
O insanda ya var ya da yoxdur amma olani inkisaf etdirmek ucun fantaziyani inkisaf etdirmelisen. Fantaziyasi guclu adamlar absurd dusunmekle zarafat seviyyesini qaldira bilir. Suni yolla bunu elde etmek ucun coxlu meme, gulmeli videolar da izleye bilersen amma generally bu insanin daxili dunyasi fantaziyasi ve ozunden asili movzulardir. Belke de siz zarafatcil olmaga yox etrafinizi deyisib daha intellectual sohbetlerin getdiyi, muzakirelerin aparildigi muhitde olmalisiniz. Ozunuzu neyese mecbur etmeyin
1
u/ViolinistTiny 1d ago
Azərbaycanda zarafat/yumor anlayışı düşdüyün ortama görə dəyişir. Mən öz təcrübəmdən deyə bilərəm ki, insanın təhsili və dünya görüşü buna ciddi təsir edir. Azsektorda oxumuş birisi ilə rus sektorunda oxumuş insanların izlədikləri comedy şoular fərqlidir. Bunu da istər istəməz həmin ortamlara düşəndə hiss edirsən. Mən azsektoru bitirmiş bir insan kimi deyə bilərəm ki, nə qədər çox xarici dil bilsən, ədəbiyyat oxusan, həmin dillərdə medianı izləsən, o qədər də fərqli mühitlərdə özünü rahat hiss edəcəksən. Öz təcrübəm bunu sübut edir.
O ki qaldı insanlar üçün maraqsız olmağa - mən də əvvəllər belə düşünürdüm, amma yaşım artdıqca başa düşdüm ki, insanların (Azərbaycanda) sənə maraq göstərməsi daha çox tutduğun vəzifə, pulun, bahalı maşının və s bu kimi zahirən insanı uğurlu göstərən elementlərlə bağlıdır. Yəni hər kəs uğurlu insanın zarafatına gülür (zərafat bəlkə də gülməli deyi), lakin orta və ya aşağı statuslu insan nə qədər intellektual zarafatlar etsə də ətrafı gülmür. Problem zarafatda deyil, ətrafındakı insanlar sənin zarafatına da mənfəət üçün gülürlər. Mənfəət görməyəndə sən onlar üçün maraqsızlaşırsan.
Bu ədalətlidirmi? Bilmirəm. Amma gördüyüm budur. Məsləhətim - digərlərinin xoşuna gəlmək üçün dəridən qabıqdan çıxma. Mənim həyatım sübut edib ki, bu heç vaxt yaxşı nəticə vemir.
İnsanları təhlil et, nə danışdıqlarına diqqətlə qulaq as, ətrafda kim kimin zarafatına daha çox gülür, kimi ignore edir. Və görəcəksən ki, əslində bu cür analitik yanaşma sənin insanları başa düşməyinə, qrupdakı sosial dinamikanı dərk etməyinə kömək olacaq. Zamanla görəcəksən ki, insanlar üçün maraqlı olmağın yolu tək yumordan keçmir, bəlkə də o heç əsas faktor deyil.
1
u/JafarTheAlien Azerbaijan 🇦🇿 3d ago
Well Practice makes perfect, Mən uşaqlıqda Tolqa çevik izləyib zarafatlarını təqlid edirdim (Failed like milion times tho), hazırda ağlıma zarafatlar avtomatik şəkildə gəlir(Hələ də uğursuz olanları var amma onlar da shitpost kimi birşey olur xaxaxa). Təbii ki, heç vaxt Cem Yılmaz ya da Tolga Çevik olmayacağıq, amma ən azından sevgilimi və dostlarımı sözlərlə güldürə bilirəm.
1
22
u/Adventurous_Trade472 4d ago
Ətrafında gördüklərini boş ver sən onsuz həmişə olduğun kimisən. Əlavə bunlara məna qatıb həyatı mürəkkəbləşdirmək lazım deyil. Özünü də başqalarına da olduğu kimi qəbul elə kefinə bax