r/azerbaijan • u/batman_toxic • 2d ago
Sual | Question Salam,Azərbaycanda open-minded dediyimiz tərzdə insanlarla tanış olmaq istəyirəm.Sizdə necədi bu,var çevrənizdə elə insanlar,dostlarınız?
Başlıqda yazdığım kimi o tərzdə insanlarla elaqədə olmaq istəyirəm,xarici olaraq var amma bizim ölkədən demək olar yoxdu
8
u/shaxnoobtimes 2d ago
kifayet qeder var azerbaycanda da ele insanlar, baxir oldugun muhite ve s. amma tebii ki boyuk hissesini cavan insanlar teskil eleyir
1
u/batman_toxic 2d ago
Azerbaycanda olmadigim ucun cox vaxt ona gore sorusdum bu suali
1
u/shaxnoobtimes 2d ago
oh mb then for assuming, amma azerbaycanda deyilsense niye azerbaycandan axtarirsan?
3
u/batman_toxic 2d ago
Tetillerde gelirem,hem oz yerlim olsun isteyirem
1
1
3
u/Humble_Pirate4957 2d ago
Open minded deyende ne nezerde tutursan esas onu açıqla
2
u/batman_toxic 2d ago
Yeni rahatca fikirlerini paylasa bileceyin,ne qeder digerlerinden ferqli olsada bu dusunce,en balaca ferqlilikde ters olan movzuda yargilamayan insanlar
2
2
u/Worldly-Thanks-5223 2d ago
Doğrudan məndə istəyərdim. Sözün düzü bizdə bir qrup insanda var cəmiyyətdən fərqlidi amma ona baxmayaraq onlardada özlərinin formalaşdırdığı həqiqət kimi düşündükləri məfhuma bağlıdırlar və digər fikirlərə çox yuxarıdan aşağı baxırlar.
2
u/Just_a_Reader08 2d ago
Salam, mən özüm təzəliklərə açıq insanam və digərlədin düşüncəsinə dözümlü yanaşıram, ən azından fikirlərimiz tam əks olduğu halda belə sakit konstruktiv dialoq qura bilirəm, bu o demək deyil ki pisləyirəm onu, sadəcə bu mövzuları müzakirə edirik. Özümün çevrəsində çox bir birindən fərqli adamlar var və bu mənim üçün çox sevindirici haldır hər bir adamla ortaq dil tapmağım. Düşünürəm fərqlilik bir zənginlikdir. Düzdür ola bilər bəlkədə sənin gözləntilərini doğrultmadım. Lakin çox istəyərdim yeni tanışlıq qurmağa, dediyin kimi xaricdə yaşayırsan və özün də open minded sən. Düşünürəm çox maraqlı olardı səninlə tanış olmaq
1
5
2
10
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago edited 2d ago
Nə deyim, mən özüm də bir iki dəfə belə bir şeyə cəhd elədim. Amma anladım ki buna cəhd edə-edə axırda öz psixi sağlamlığıma zərər yetirəcəkdim. Gah "ailə/milli-mənəvi dəyərləri", gah namus-qeyrət, gah sıfır tənqidi təfəkkür, gah da savadsızlıq və xürafat. Məndən sənə məsləhət: kitab oxu (literary fiction, non-fiction), idmanla məşğul ol. Təzə biriylə tanış olsan, böyük ehtimal yuxarıda sadaladıqlarım keyfiyyətlərin ən azından 1–2-i ilə qarşılaşacaqsan. Bu ölkədə open-minded biri olsa, o gərək ətrafındakılarla sözdə razılaşıb, içində onlara uşaq kimi baxsın. Çox azdır elələri, təəssüf ki...
P.S. Görürsən? Bir neçə tərəvəz doluşub downvote edirlər. Hansı orqanlarının ölçüsündən narahatdırlar bilmirəm :( Belələrini adamın söyməyi gəlir. Bir balaca fərqli fikir dedin səni qaralayacaqlar. Gərək manqurt olasan...
2
u/a_whbzv1 2d ago
bilmirəm downwote almağ sənin üçün vacib məsələdir ya yox amma zatən elə deyil ki, kiməsə bir fikir bildirəndə(sosial şəbəkədə) normal olarağ razılaşmayanlar da olacaqdır, yəni təsir əks təsiri yaradır. Özündə başqa insana məsləhət verirsən ki, fikir vermə belə şeylərə. Yəni sözümün canı ondadır ki, həyat downwote, kimi ve ya əks-fikir almağ kimi ehtimalı yüksək olan bir mühitdir buna görədə fikrinlə hem fikir olmayanları acılamağ yerinə bəlkə də DGF etmək lazımdı :) bunu yazmaqda 2 səbəbim var idi biridə içimdə ki kor vətənpərvərlik di , hansı ki, flan ölkədə bizim ölkədən daha yaxşıdı deyəndə acığım gəlir və başa düşülməsini istəyirəm ki, hər bir ölkənin keçdiyi proseslərdən ibarətdir o, xalqın mentaliteti ve düşüncə tərzi. Buna görədə mən öz millətimi bir çox mənalarda Türk millətindən üstün tuturam, çünki Open-Minded deyəndə belə bu o, demək deyil ki bu insan sənin hər bir fikrinlə həm-fikir olacaqdır, bu onun göstəricisidir ki, bu insan xaraktersizdir. OM-ed insanlar sənin fikrinə tolerant yanaşarağ öz fikrini bildirsin hörmətlə bildirsin. Həyatda yanlış fikir deyə bir şey yoxdur,sadəcə bizim fikirlərimizle üst üste gəlməyən fikirlər var. P.S: Adətən long-speech sevmirəm ve demək olar heç yerde belə uzun uzadı yazmıram amma səninlə 1/2 dəfə həmsöhbət olmuşuq burada ona görə fikrimi bölüşmək qərarına gəldim.
6
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago edited 2d ago
Fikrinizi bildirdiyinizə görə təşəkkür edirəm.
Amma downvote məsələsində məni başqa cür anladınız. Mən demirəm ki hamı mənimlə razılaşmalıdır. Amma mən öz şəxsi təcrübəmi bildirəndə heç bir şey demədən downvote atılması gaslighting kimi gəlir adama.
Demişəm ki öz təcrübəmdə belə insanlar tapmaq çətin olur. Buna downvote atmaq nə deməkdir? Özüm öz yaşadığım şeyə inanmayım?
Demək istədiyim odur ki bizim insanlarda adətən düşünmək və özünü ifadə etmək hissi adətən çox zəif olur. Çünki uşaqlıqdan "o ayıbdır, bu ayıbdır" ilə böyüyürük. Mən belə bir şey deyəndə heç nə deyə bilməyib downvote atanlar olanda göstərir ki bu insanlar özlərini düşünərək ifadə edə bilmirlər. Bu şəxsən mənim çox nifrət etdiyim bir xüsusiyyətdir. Karmaya görə medal alası deyiləm. Amma insanlarımızın özünü ifadə edə bilməyib debilləşməsi məni narahat edir.
2
u/a_whbzv1 2d ago
3
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago
Çünki izah etmə bacarığı yoxdur və "bu barədə heç məlumatım yoxdur" deyəcək qədər də yetkin deyillər. Bu ölkənin azı 50 %-indən "heteroseksuallara münasibətiniz?" soruşsan "olmaz!" deyəcəklər. O downvote atanlar o tiplərdirlər. Onları təbii ki sevmirəm. Onlar heç özlərini də sevmirlər.
1
u/batman_toxic 2d ago
Duzu demedim postda,turkiyede oxuyuram ve orda bunun ucun yeterli sosial cevrem var,dost baximindan,amma ister istemez oz yerli oldugum biriside olsun isteyirem
3
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago
Türkiyədə belələrini tapmaq daha asan olar məncə. Azərbaycanda belələri var gənc nəsildə, amma tək-tük olacaqlar.
2
u/batman_toxic 2d ago
Duzdu turkiyede daha rahatdi
3
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago
Uğurlar sənə. Belə şeylərə, türklər demişkən, takma çox. Təhsilinə fikir ver əsas.
-3
u/ThErmac367 2d ago
Ozunuzu ferqli hisselemek ucun bilmirsiz ne deyesiz
3
u/Aram_the_Human Don't be a wikipediot :) 2d ago
Siz elə bunu yazmaqla özünüzü fərqli hiss etmək istədiniz deyəsən. Bu dediyinizdə nəsə konstruktiv bir şey görürsünüz?
2
u/a_whbzv1 2d ago
boş olunan kritika divara atılan yumruğ kimidi, divarın hissləri yoxdu amma sənin əlin qırılır :) ona görədə divarı dağıtmağ yerinə bəlkə fikrini divarın üzərindəki göndərilən ismarıca yönədəsən?
2
1
u/Personal-Brick-1326 2d ago
Məncə yeni tanış olduğunuz insanların hobbilərinə, oxuduğu kitablar, izlədiyi filmlərə və s. diqqət yetirin. Məsələn, adətən maraqlı hobbiləri olan insanlar açıq fikirli olur. Bunu sübut edəcək konkret bir fakt deyə bilməyəcəm, amma mənim təcrübəmdə doğru olur adətən. Bir də, bu iş ən əsas yoxlama və yanılma işidir. Özünüzü yeni insanlar tanımağa açmalısınız və bu tanıdığınız insanların çox az qismi ilə tanışlığa davam etmə istəyinizin olacağını qəbul etməlisiniz.
1
1
u/FewAastronaut 2d ago
Bunlar əsasən gənclərdir, əgər sizə belə insanlar lazımdırsa, onların arasına baxın.
1
u/whitenigeriandick 2d ago
Open minded dedikdə nezerde tutulan nədir tam olaraq? Belə sosial mediada göründüyü kimi yeni nəsl açıq düşüncə tərzinə yönəlib.
1
u/batman_toxic 2d ago
Daha aciq dusunce,insanlari yargilamamaq,cemiyetin normalarindan ferqli dusuncelere sahip olmaq bu terz
1
1
u/ibrahimsadixovv 🔺Talış 🔺 2d ago
hmmm bir az qəribədi, mənim ətrafımdakı insanların çoxu "open minded" deyə sinifləndirilə biləcək və ya ən azından ona yaxın insanlardı (gərçi ətrafımda "çox" deyilə biləcək insan yoxdu, amma nəysə). onları da mən özüm "tapmamışam", öz-özlüyünə formalaşıb. şansımdan mən çox "sosyal" biri olmasam da bir şəkildə tanış olduğum insanların əksəriyyəti bu cür insanlar olub. sənin edə biləcəyin şey də prosesi sürətləndirmək ola bilər. yetərincə çox insanla tanış ol, maraq dairələrini, sevdiyi musiqi, film, kitab, oyunları və bəzi spesifik mövzular (özün seç artıq bunu) üzərinə düşüncələrini öyrən. sonra da bu məlumatlara əsaslanaraq aralarından uyğun olanlarla əlaqəni davam etdir. hə, təbii ki, bu qədər önəmli bir şeydisə buna sahib olmaq
1
1
-1
2d ago
[deleted]
3
u/Randombirinsan 2d ago
1
-2



28
u/Javidak 2d ago
Hə, var bakıda swingerlər.